Azərbaycan Respublikası Prezidentinin sərəncamı (26 yanvar 2010-cu il)
N.X.Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Nazim Xeyrulla oğlu Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 2010-cu il.