AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

"Bir Pəncərə-AİS" tətbiqinin genişləndirilməsi

Dövlət Gömrük Komitəsində “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 saylı 11 noyabr 2008-ci il tarixli Fərmanının icrası ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsinin sədri gömrük sistemində malların və nəqliyyat vasitələrinin avtomatlaşdırılmış qeydiyyat sisteminin pilot variantının istifadəsinin genişləndirilməsi məqsədilə 12 avqust 2009-cu il tarixində növbəti əmr imzalamışdır. Əmr aşağıdakı məsələləri özündə ehtiva edir:
 
  •            Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin bütün gömrük idarələrində malların və nəqliyyat vasitələrinin qeydiyyatının “Bir pəncərə-AİS” sisteminin pilot variantından istifadə edilməklə aparılması;

 

  •       Mal və nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı kağız formasında istifadə olunan qeydiyyat, nəzarət, hesabat və digər formaların elektron formatda işlənməsi üçün hazırlıq işlərinin aparılması



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az