| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№324-IIIQD / 01.05.2007 Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin (Azərbaycan Respublikasının Ali
Sovetinin Məlumatı, 1982-ci il, № 13, maddə 121; 1984-cü
il,№ 19, maddə 157; 1985-ci il, № 19-20, maddə 195; 1986-cı il,
№ 10, maddə 49; 1988-ci il, № 24, maddə 229; 1989-cu il, № 11-12,
maddə 80; 1990-cı il, № 3-4, maddə 20; 1992-ci il, № 20, maddə
881; 1995-ci il, № 8, maddə 157; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287; 1999-cu il, № 10, maddə
570; 2001-ci il, № 3, maddələr 138, 144; 2002-ci il, № 1, maddələr
1, 2, № 6, maddə 328) 55-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.birinci hissədə «SSR İttifaqının və müttəfiq
respublikaların mənzil qanunvericiliyi Əsaslarına» sözləri
«Azərbaycan Respublikasının qanunvericiliyinə» sözləri
ilə, «SSRİ Nazirlər Soveti» sözləri «müvafiq icra
hakimiyyəti orqanı» sözləri ilə əvəz
edilsin;
2.ikinci hissəsinin ikinci cümləsində «SSRİ Nazirlər
Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən
etdikləri» sözləri «müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi» sözləri ilə əvəz
edilsin..
II.«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə
415; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 235,
237, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 6, maddə
396, № 10, maddələr 761, 779) 22-ci maddəsinin dördüncü
hissəsində «Sertifikatlaşdırma işlərinin» sözləri
«Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunan sertifikatlaşdırma işlərinin» sözləri ilə
əvəz edilsin.
III.Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə
570; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 11, maddələr
676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8, maddə
463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 2,
maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505;
2005-ci il, № 4, maddə 277, № 10, maddə 876, № 11, maddə 994) aşağıdakı dəyişikliklər edilsin:
1.113-cü maddədən «orqanı ilə razılaşdırmaqla
Azərbaycan Respublikasının gömrük işini aparan
icra hakimiyyəti» sözləri, 114-cü maddədən «orqanı
ilə razılaşdırmaqla Azərbaycan Respublikasında gömrük
işini aparan müvafiq icra hakimiyyəti» sözləri çıxarılsın;
2.160-cı maddə üzrə:
• maddənin
adında «bərpa edilməsinə görə» sözlərindən
sonra «dövlət rüsumu və» sözləri əlavə
edilsin;
• maddənin
birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
«Gömrük
brokeri kimi fəaliyyət göstərmək üçün
lisenziyanın verilməsinə görə qanunla müəyyən
edilmiş miqdarda dövlət rüsumu, gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssisə ixtisas attestatının
verilməsi və ixtisas attestatının fəaliyyətinin bərpa
edilməsinə görə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş miqdarda yığım
alınır.».
IV.«Qaz təchizatı haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 563; 2001-ci il, № 5, maddə
297; 2004-cü il,№ 7, maddə 505) 13-cü maddəsinin 4-cü
hissəsinin birinci cümləsində «orqanları və qaz
paylaşdırma ərazisi üzrə yerli özünüidarə
orqanları ilə razılaşdırılmış» sözləri
«orqanı tərəfindən müəyyən edilmiş» sözləri
ilə əvəz edilsin.
V. Kitabxana işi haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 158; 2002-ci il, № 5, maddə
245; 2003-cü il, № 12 (I kitab), maddə 674) 28-ci maddəsinə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
«Dövlət
kitabxanalarında pullu xidmətin haqqı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.».
VI.«Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında» Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, № 8 (I kitab), maddə 582) 17.1-ci maddəsində
«metroloji işlər və xidmətlər bağlanmış
müqavilələrin şərtlərinə əsasən» sözləri
«metroloji işlərin və xidmətlərin haqqı bağlanmış
müqavilələrin şərtlərinə əsasən müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə
uyğun olaraq» sözləri ilə əvəz edilsin.
VII.Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,№ 7, maddə
444) 28.4-cü maddəsində «Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənişlər»
sözləri «müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi tariflərə uyğun olaraq haqq» sözləri ilə əvəz
edilsin.
VIII.«Poçt rabitəsi haqqında»
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 604) 11.2-ci maddəsində
«Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun» sözləri
«müvafiq icra hakimiyyəti orqanı tərəfindən» sözləri
ilə əvəz edilsin.
IX.«İctimai televiziya və radio
yayımı haqqında» Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, № 11, maddə 888; 2006-cı il, № 3, maddə 224, № 12, maddə
1005) 23.5-ci maddəsində «xidmətinin» sözündən
sonra «müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən» sözləri əlavə edilsin.
X.«Telekommunikasiya haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 685) 10.1-ci maddəsində
«tənzimlənir» sözü «müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir» sözləri
ilə əvəz edilsin.
XI.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 may 2007-ci il
№ 324-IIIQD
«Azərbaycan» qəzetində
dərc edilmişdir (25 may 2007-ci il, № 113) («VES Consultancy» LLC). © VES Consultancy LLC
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|