№991-IIQD / 20.09.2005 «İxrac nəzarəti haqqında»
«İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447;
1999-cu il, № 10, maddə 570; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, №
11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4,
№ 8, maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 2,
maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505; 2005-ci il, №
4, maddə 277) 10-cu maddəsinə aşağıdakı məzmunda 14-1-ci bənd əlavə
edilsin:
«14-1) ixrac nəzarətinə düşən malların Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsinə nəzarəti həyata
keçirirlər;».
II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4,
(II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, №
1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr
236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6,
maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, (I kitab), maddə 676;
2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə
598 № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6,
maddə 462; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli,
937-IIQD nömrəli qanunu) aşağıdakı məzmunda 202-1-ci, 224-1-ci və
224-2-ci maddələr əlavə edilsin:
«Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma
&N202-1.1.
Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və
məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə
verilməsi—
şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək
miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni
müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
202-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—
şərti
maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və
ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.»;
«Maddə 224-1. İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) istifadə qaydalarını pozma
Kütləvi
qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların
yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı
mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən)
sifariş edilmiş məqsədlər üçün istifadə olunmaması dövlətin milli
təhlükəsizliyi və maraqlarına zərər vurduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 224-2. İxrac rejimini pozma
İxrac
nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş
dövlətlərə və son istifadəçilərə ixrac olunması— bir ildən iki ilədək
müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.».
III. Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci
il, № 8, (I kitab), maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə
139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci
il, № 1, maddə 9, № 4, (I kitab), maddə 165, № 5, maddələr 234, 237,
239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1,
maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6,
maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, (I kitab),
maddələr 679, 696, № 12, (II kitab), maddələr 713, 714; 2004-cü il, №
1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr
313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10,
maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1,
maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6,
maddələr 462, 466; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun
tarixli, 938-IIQD nömrəli, 24 iyun tarixli, 947-IIQD, 948-IIQD nömrəli
qanunları) aşağıdakı məzmunda 324-2-ci maddə əlavə edilsin:
«Maddə 324-2. İxrac nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinə mane olma
324-2.1.
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi
icazə verilməsindən əvvəl və sonra yoxlamaların keçirilməsinə maneçilik
törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə—
fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək
miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən
səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz
əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.
324-2.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və
məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan
müvafiq icra hakimiyyəti orqanlarına verilməməsinə görə— fiziki şəxslər
şərti maliyyə vahidinin on beş mislindən qırx mislinədək miqdarda,
vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən səksən
mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli
mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.».
IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 20 sentyabr 2005-ci il
№ 991-IIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 noyabr 2005-ci il, № 272) («VneshExpertService»)
© VneshExpertService
|