“e-Gömrük Xidmətləri: Gələcəyə Baxış”
Gömrük xidmətində İKT-nin tətbiqi üzrə
III Beynəlxalq Elmi-Praktiki Konfrans
(Bakı şəhəri, 12-13 sentyabr 2011-ci il)
KONFRANSIN PROQRAMI
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 12-13 sentyabr 2011-ci il tarixində Bakı şəhərində gömrük xidmətində İKT-nin tətbiqi üzrə “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirir.
Konfransın əsas məqsədi:
Gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi və gömrük xidmətində informasiya texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi.
Konfransın istiqamətləri:
Bölmə 1: Gömrük xidmətində İKT və e-Gömrük xidmətləri;
Bölmə 2: Gömrük-Biznes əməkdaşlığında İKT-nın rolu;
Bölmə 3: Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili.
Konfransın idarəetmə şurası:
- Professor Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
- Akademik Əli Abbasov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri;
- Akademik Telman Əliyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru;
- Professor Rasim Əliquliyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası müxbir üzvü, Azərbaycan Respublikası MEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru;
- Professor Buşuyev S.D, texnika elmləri doktoru, Ukrayna Elmlər Akademiyasının akademiki, Əməkdar elm və texnika xadimi, Elm və texnika sahəsində Ukrayna dövlət mükafatı laureatı, Ukrayna Maliyyə Nazirinin baş müşaviri;
- Professor Voropayev V. İ., texniki elmlər doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, İnvestisiya və Tikintinin İqtisadiyyatı üzrə Beynəlxalq Akademiyanın akademiki;
- Professor Çetin Elmas, Türkiyə Qazi Universitesinin Texnologiya Fakültəsinin Elektrika və Elektron Mühəndislik Departamentinin direktoru, Türkiyə Qazi Universitesinin İnformasiya Texnologiyaları İnstitutunun keçmiş direktoru;
- Professor Meri Mak Kinli, elmlər doktoru, Fransa Lil Universitetinin professoru (SKEMA).
Konfransın dili: Azərbaycan, Rus, İngilis.
Konfransın nəticələrindən bəhrələnən tərəflər:
- Gömrük əməkdaşları və təşkilatları;
- Hökumət və qeyri-hökumət təşkilatları;
- Sahibkarlar və iş adamları;
- İKT və gömrük işinin təşkili sahəsində elmi tədqiqatlar aparan elmi işçilər, aspirantlar, tələbələr;
- İKT sahəsində çalışan mütəxəssislər.
Konfransın materialları nəşr olunacaqdır.
Konfransda iştirak etmək üçün:
- 01 sentyabr 2011-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet səhifəsində http://www.customs.gov.az/ünvanında qeydiyyatdan keçmək lazımdır;
- Məruzəçilər konfransda çıxış və təqdimat üçün hazırladıqları materialları elektron formada təqdim etməlidirlər.
Konfransın keçirildiyi yer:
Azərbaycan Respublikası, Bakı şəhəri
Əlaqələr:
Azərbaycan Respublikası, Bakı şəhəri, İnşaatçılar pr. 2, AZ1073, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.
Anar Suleymanov
tel: (+99412) 5397385,
fax: (+99412) 4975920,
e-poçt: conference@customs.gov.az.
Konfrans haqqında daha geniş məlumatlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (www.customs.gov.az) internet saytında yerləşdirilmişdir.
Təşkilat Komitəsi