AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№55/04.06.2009/

        “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 saylı 11 noyabr 2008-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilən tədbirlərin davamı olaraq Dövlət Gömrük Komitəsinin sədri gömrük sistemində elektron rəsmiləşdirmə və nəzarət avtomatlaşdırılmış idarəetmə sisteminin yeni konsepsiyasının hazırlanması və dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin avtomatlaşdırılmış idarəetmə sistemi - “Bir pəncərə-AİS” sisteminin tətbiqi haqqında 04 iyun 2009-cu il tarixində əmr imzalamışdır. Əmr aşağıdakı məsələləri özündə ehtiva edir:

 

1.             Azərbaycan Respublikasının gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi və elektron rəsmiləşdirmə və nəzarət avtomatlaşdırılmış idarəetmə sisteminin yeni konsepsiyasının hazırlanması;

 

2.             Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “Bir pəncərə AİS” layihəsinin I mərhələsinin tətbiq edilməsi:

  

-          avtonəqliyyat sərhəd keçid məntəqələri üzrə;

                        -     dəmir yolu, hava və dəniz sərhəd keçid məntəqələri üzrə.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az