Təbrik

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

Zati-Aliləri

İlham Heydər oğlu Əliyev cənablarına

Möhtərəm Prezident, cənab Ali Baş Komandan !

Doğum gününüz münasibətilə xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı Forumunun iştirakçıları adından Sizi səmimi qəlbdən təbrik edərək, ölkəmizin hərtərəfli tərəqqisi və xalqımızın təminatlı gələcəyinə hesablanmış ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik.

Müstəqil və suveren dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl milli inkişaf konsepsiyasının praqmatik rəhbərliyiniz altında inamla davam etdirilməsi nəticəsində sosial-iqtisadi və hərbi-siyasi cəhətdən ilbəil qüdrətlənməkdə olan doğma Azərbaycanımız müvəffəqiyyətlə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri sayəsində dünya birliyindəki öncül mövqeyini daha da möhkəmləndirərək, geniş beynəlxalq məkanda nüfuzlu söz sahibinə çevrilmişdir.

Ölkə həyatının müxtəlif sahələrini əhatə edən dövlət proqramları, həmçinin müvafiq Fərmanınız əsasında milli iqtisadiyyatımızın əsas sektorlarına dair təsdiq olunmuş "Strateji Yol Xəritələri" üzrə gerçəkləşdirilən kompleks tədbirlər qeyri-neft sektorunun şaxələnməsi ilə yanaşı, sahibkarlığın hərtərəfli inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar yaratmaqdadır. İqtisadiyyatın inkişafına dair Fərman və Sərəmcamlarınızda özəl sektora geniş yer ayrılması bu sektorda çalışanları öz fəaliyyətlərini genişləndirmək üçün hərtərəfli layihələr həyata keçirməyə daha da ruhlandırır.

Zati-Aliləri !

Minnətdarlıq hissi ilə bildiririk ki, xarici ticarət iştirakçılarının fəaliyyəti də Sizin tərəfinizdən daim dəstəklənir, onlar üçün əlverişli şəraitin yaradılmasının təmin edilməsi sahəsindəki əməli addımlarınız bu sahəyə yüksək diqqət və qayğınızı əks etdirir. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinə dair son günlərdə imzaladığınız Fərmanı bu diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiririk. Əminliklə bildirmək istəyirik ki, iştirakçısı olduğumuz bugünkü Forumda təqdimatı keçirilən bu sistemin tətbiqi xarici ticarət iştirakçılarının işini asanlaşdıracaq, ölkənin idxal-ixrac potensialının gücləndirilməsində mühüm rol oynayacaqdır.

Cənab Ali Baş Komandan !

Doğum gününüzlə bağlı bir daha səmimi təbriklərimizi çatdıraraq Sizə möhkəm cansağlığı, uzun ömür və səadət diləyir, müdrik rəhbərliyiniz altında doğma Vətənə davamlı tərəqqi, xalqımıza firəvan həyat və əmin-amanlıq arzulayırıq.

Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış

sisteminin tətbiqi ilə bağlı Forumunun iştirakçıları