Milli valyutanı ölkə ərazisindən digər ölkələrə aparmaq olarmı?
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 18.03.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş (Protokol №6) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 02.04.2002-ci il tarixdə qeydiyyata alınmış "Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması" Qaydalarında Azərbaycan Respublikasının milli valyutası manatın Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi nəzərdə tutulmamışdır.