Tender

Tenderə dəvət

Xüsusi geyim və fərqlənmə nişanlarının satınalınması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi açıq tenderə dəvət edir.

Tender 1 lot üzrə keçirilir :

Lot 1 Xüsusi geyim və fərqlənmə nişanlarının satınalınması;

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 370073, İnşaatçılar prospekti 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən, əlaqələndirici şəxs – Əsgərli Vilayət Əhməd oğlu tel- 404-22-00 daxili (0213) ala bilərlər.

İştirak haqqı : Lot 1: 1000 (bir min) manat

Satınalan təşkilat:Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

VÖEN : 1300049571

Bank : Dövlət Xəzinədarlığı Agentliyi

KOD: 210005

MÜXBİR HESABI: AZ41NABZ01360100000000003944

VÖEN:1401555071

SWIFT BIK CTREAZ22

H/HESABI: AZ47CTRE00000000000002248414

İstirak haqqı heç bir halda qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinətərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06 dekabr 2018-ci il saat 17:00 tarixə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17 dekabr 2018-ci il saat 17.00 tarixə qədər Bakı şəhəri, 370073, İnşaatçılar prospekti, 2 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 18 dekabr 2018-ci il saat 10.00 tarixində Bakı şəhəri,370073, İnşaatçılar prospekti, 2 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.