Avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxdı
16-Fevral-2017 188

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti