Avtomobildə külli miqdarda xarici markalı siqaret aşkar edilib (VİDEO)
17-Fevral-2017 228

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.

Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi "VAZ 21074" markalı, "90 LP 367" dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti