Avtomobilin sükanı altında gizlədilən narkotik vasitə aşkara çıxarıldı
13-Mart-2017 254

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi yük avtomobili ilə gələn İran vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılııb.

Nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin sükanı altında, naqillər panelində yerləşən şəxsi əşyalar üçün nəzərdə tutulmuş rəfin içərisində 1 ədəd bükümdə, xalis çəkisi 7,140 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti