Gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı aşkar edildi
14-Mart-2017 393

Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti