Pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edilib
17-Mart-2017 292

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz-3110" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan qutularının üzərində"R-1" yazısı olan 2 min ədəd aksiz markasız siqaretlər , sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti