1800 ədəd siqaret aşkar edilib
18-Aprel-2017 203

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə "Heimann X-ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib. Yoxlama zamanı əl yükündə olan 2 ədəd "Choco pie" markalı şirniyyat qutusunun və 1 ədəd "Yadra" markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti