Dərman qutusunda narkotik vasitə aşkar edilib
18-May-2017 258

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış zamanı, qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti