Baqajda gizlədilən soyuq silahlar aşkar edildi
11-İyul-2017 314

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareyslərilə gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı həmin vətəndaşlardan ikisinin çantasında və çamadanında 1 ədəd olmaqla, cəmi 2 ədəd "beşbarmaq", digər vətəndaşın çamadanında isə 1 ədəd dəyənək aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti