Pirotexniki vasitələr aşkar edilib
12-İyul-2017 254

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının, arxa oturacağının içindən üzərində gürcü əlifbası ilə yazılar olan 640 qutu pirotexniki vasitə və 30 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti