Üzərində aksiz markası olmayan siqaretlər aşkar edilib
15-İyul-2017 321

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliyev Famil Fəzail oğlunun idarə etdiyi "İkarus" markalı, 07-BB-967 dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Nəzərov Şamil Hacıbaba oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən, üzərində aksiz markası olmayan 49.600 ədəd filtrli siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti