Kibrit qutusundan narkotik maddə çıxdı
14-Sentyabr-2017 154

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Gürcüstan Respublikası vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.

Yoxlama zamanı, həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti