Ciblərindən 348 kapsul dərman preparatı çıxdı
09-Oktyabr-2017 221

Xaçmaz Gömrük İdarəsinin"Şirvanovka" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində cəmi 348 kapsul "Tramadol 50 mq" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti