Yağ qutularında papiroslar aşkar edildi
12-Oktyabr-2017 145

Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib. Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti