Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 1-ci iclası keçirilir
03-Noyabr-2017 210

Kolumbiya Respublikasının Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi öz işini yekunlaşdırıb.

Noyabrın 3-də isə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının (IAAOE) 1-ci iclası keçirilir. İclasda "Səlahiyyətli İqtisadi Operator: Amerika və Avropada irəliləyişlər və çağırışlar", "İdarəçilik və müvəffəqiyyət" və s. mövzularda məruzələr dinlənilib.
Xatırladaq ki, beynəlxalq toplantıda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

DGK Mətbuat Xidməti