Daxili orqanında narkotik vasitə aşkarlandı
06-Noyabr-2017 183

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56,5 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti