İrandan gələn yük maşınında əl qumbarası aşkar edildi
13-Noyabr-2017 205

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, Azərbaycan Respublikasının vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "Ф-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti