Avtomobildə gizlədilən 15 ədəd mobil telefon aşkarlandı
02-Dekabr-2017 154

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin tarpedasının içərisindən gömrük nəzarətindən gizlədilən 15 ədəd "Mezui X-BO" mobil telefonları və 10 ədəd telefon qutularıaşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti