Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
06-Dekabr-2017 185

Dekabrın 6-da bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən 8.1 ton göyərtinin fitosanitar sertikatının tələblərə cavab vermədiyi üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı məlum olub ki, son günlərdə Rusiya Federasiyasına ixrac edilən göyərti məhsulunun geri qaytarılması faktı qeydə alınmayıb. Buna baxmayaraq Rusiya Federasiyasının müvafiq qurumları-Dağıstan Gömrük İdarəsi, Yaraq-Qazmalar gömrük keçid məntəqəsi və Rusiya Federasiyası Fitosanitar Xidmətinin rəsmiləri ilə aparılan danışıqlar zamanı da Azərbaycandan idxal edilən göyərti məhsulunun sənədərində problem aşkar edilməsi və bu səbəblə geri qaytarılmasına dair iddialar təsdiqini tapmayıb.

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını Komitənin fəaliyyətinə dair məlumatları qarşı tərəfin rəsmi movqeyini öyrənməklə yayımlamağı tövsiyə edir.

DGK Mətbuat Xidməti