Çantada gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb
04-Yanvar-2018 212

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

Baxış zamanı, çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti