600 ədəd pirotexniki vasitə aşkar edilib
04-Yanvar-2018 490

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcəyi ilə yanacaq çəninin arasında xüsusi düzəldilən yerdən gömrük nəzarətindən gizlədilən, hər birində 40 ədəd olmaqla üzərində "Black Devil EK 23" yazısı olan 15 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti