Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin nəzərinə!
18-Yanvar-2018 659

Yanvarın 19-u saat 10:30-da Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində (Natiq Əliyev küç. 4-a, Bakı Ali Neft Məktəbinin arxası) Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında iştirak etmək istəyən kütləvi informasiya vasitələrinin nümayəndələrindən yanvarın 18-i saat 14:00-dək Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Hacıyeva Züleyxa, əlaqə telefonu: (012) 404-22-00: daxili 01-32) ilə əlaqə saxlayıb qeydiyyatdan keçmələri xahiş olunur və yalnız qeydiyyatdan keçən jurnalistlərin mətbuat konfransında iştirakı təmin olunacaq.

Qeyd: Mətbuat konfransında iştirak etmək istəyən jurnalistlərdən yanvarın 19-u saat 10:00-da girişdə qeydiyyatdan keçmələri, şəxsiyyəti təsdiq edən sənədi və təmsil etdikləri media qurumu tərəfindən verilən jurnalist vəsiqəsini mütləq surətdə təqdim etmələri xahiş olunur.

DGK Mətbuat Xidməti