Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib
07-Fevral-2018 484

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara rayonu ərazisindən keçən hissəsində işlərin gedişi ilə tanış olmaq məqsədilə Astara rayonuna səfər edən Yaponiyanın Azərbaycandakı və İran İslam Respublikasındakı səfirliklərinin attaşeləri Toşihiro Katagiri və Masamiçi Saıto fevralın 6-da Astara Gömrük İdarəsində olublar.

Astara Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin xarici əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyev, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov və Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayevin iştirakı ilə keçirilən görüşdə qonaqlara son illər Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların gömrük işinin təşkilinə verdiyi töhfələr barədə ətraflı məlumat verilib. Görüşdə Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının gömrük xidməti arasında ticarətin asanlaşdırılması, tranzit daşımaların daha da artırılması istiqamətində görülən işlərdən bəhs olunub, iki ölkənin gömrük xidmətlərinin mal və nəqliyyat vasitələrinə dairilkin məlumat mübadiləsi sistemi barədə məlumat verilib, İran və Azərbaycan gömrük xidmətləri arasında gömrük sahəsində beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Görüş çərçivəsində diplomatların gömrük işinin təşkili sahəsindəki sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat Xidməti