70 ədəd "İphone X" markalı mobil telefonlar aşkar edilib
08-Fevral-2018 666

Dubay-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı əlbir olaraq 70 ədəd "İPhone X" markalı mobil telefonları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməyə cəhd göstərib. Belə ki, həmin şəxslər telefonların qablaşdırıldığı 4 ədəd polietilen paketi gəliş zalında gizlədərək gömrük zonasından keçirməyə çalışsalar da Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində qaçaqmalçılıq predmetləri aşkar edilib. Aşkar edilən paketlərə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib və 4 ədəd polietilen paketdə ümumilikdə 70 ədəd "İphone X 64 GB", "İphone X 256 GB" markalı mobil telefonların olduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin sərnişinlərlə əlbir olan daha iki nəfər araşdırma məqsədilə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti