Xeyli miqdarda mobil telefon və qutuları aşkarlanıb
07-Mart-2018 426

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa sol "qanadının" içərisində 49 ədəd müxtəlif markalı telefonlar, qabaq sol "qanadında" isə həmin telefonlara aid 49 ədəd qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti