Dövlət Gömrük Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07-Mart-2018 462

Martın 7-də Dövlət Gömrük Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı, qəhrəmanlığı ilə parlaq səhifələr yazıblar. Hələ 100 il öncə Şərq aləmində ilk dəfə seçmək və seçilmək hüququnu əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Müstəqillik illərində Azərbaycan qadınının milli-yaradıcı potensialına, şərəfli keçmişinə, mənəvi dəyərlərinə, vətənpərvərlik keyfiyyətinə və əzminə arxalanaraq böyük inkişaf yolu keçdiyini deyən Komitə sədri Aydın Əliyev onu da əlavə edib ki, bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsidir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

Azərbaycan qadınının bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini bildirən Aydın Əliyev vurğulayıb ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində görməkdəyik: "Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər, həm də fəal ictimai xadim ola bilər. Bu gün əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir", - deyə DGK sədri söyləyib.

Ay­dın Əli­yev onu da qeyd edib ki, müs­tə­qil Azər­bay­can döv­lə­ti ölkə hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də uğur­­lu fəa­liy­yət gös­tə­rən, cə­miy­yət qu­ru­cu­lu­ğu­na öz də­yər­li töh­fə­lə­ri­ni ve­rən qa­dın­la­rı­mı­zın əmə­yi­ni yük­sək qiy­mət­lən­dirir. İq­ti­sa­di təh­lü­kə­siz­li­yin ke­şi­yin­də ayıq-sa­yıq da­ya­nan göm­rük­çü qa­dın­la­rın fəa­liy­yə­tin­dən də bəhs edən DGK səd­ri on­la­ra ai­lə səa­də­ti, fəa­liy­yət­lə­rin­də da­ha bö­yük uğur­lar ar­zu­layıb.

Mə­ra­si­min so­nun­da göm­rük­çü qa­dın­la­ra bay­ram hə­diy­yə­si, gül-çi­çək dəs­tə­lə­ri təq­dim olunub.

DGK Mətbuat Xidməti