Külli miqdarda dekorativ şamlar və aksesuarlar aşkar edilib
12-May-2018 441

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çılçıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti