Dövlət Gömrük Komitəsinin sədri Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyət..
11-İyun-2018 591

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib. İyunun 10-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Sədərək Gömrük İdarəsinin gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə, eləcə də burada aparılan tikinti və yenidənqurma işləri ilə yaxından tanış olublar.

 

Səfər Mehdiyev gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Eyni zamanda, Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılan tikinti və yenidənqurma işlərinə, eləcə də lazımi avadanlıqların alınmasına dair Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri və tikinti şirkətinin rəhbərliyi ilə müzakirələr aparıb.

 

 


DGK Mətbuat Xidməti