Xanım vətəndaşın üzərində güclü təsiredici maddə aşkar edilib
09-İyul-2018 178

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, xanım vətəndaşın üst paltarlarının altında, bədənin aşağı ətraflarında - bud nahiyələrinə yapışqanlı lentlə sarınmış vəziyyətdə 100 ədəd 10 ml-lik flakonda "Mydrax 1%" adlı - təsiredici maddəsi tropikamid olan dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tropikamid "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir və aşkar olunan 100 ədəd flakondakı məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 10,0 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti