Mobil telefonlar və aksesuarları aşkar edilib
11-İyul-2018 228

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW-525" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd "X-Bo" və 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar və aksessuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti