Poçt göndərişləri

Beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilməsi qadağan olunmuş mallar:

-ölkə ərazisindən aparılması qadağan olunan mallar;
-pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
-insan orqanları və (və ya) toxumaları;
-canlı heyvanlar;
-tezalışan maddələr;
-zəhərli və toksikoloji maddələr;
-bioloji və infeksion maddələr;
-civə, kimyəvi reaktivlər və turşular;
-insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;
-tez xarab olan qida məhsulları;
-öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
-sikkələr, banknotlar və yol çekləri;
-təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
-odlu silah və onun döyüş sursatı;
-Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;
-dövlət kəmiyyət vahidləri etalonları;
-Dövlət Arxiv Fondunun sənədləri.

 

Beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar:

- ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar;
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- insan orqanları və (və ya) toxumaları;
- canlı heyvanlar;
- tezalışan maddələr;
- zəhərli və toksikoloji maddələr;
- bioloji və infeksion maddələr;
- civə, kimyəvi reaktivlər və turşular;
- tez xarab olan qida məhsulları;
- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə   səbəb olan göndərişlər;
- sikkələr, banknotlar və yol çekləri.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər:

- beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
- poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar