Aparatın strukturu
Təmkin Xəlilov
Təmkin Xəlilov
Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, Gömrük xidməti polkovniki

1975-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olmuşdur.

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alaraq, "İqtisadi İnformatika və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" ixtisasını bitirmişdir. İqtisadçı-mühəndisdir.

2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, Maliyyə şöbəsinin böyük inspektoru, şöbə rəisi və baş idarə rəisinin 1-ci müavini vəzifələrində çalışmışdır.

2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisi vəzifəsinə təyin edilmişdir.

2007–ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, müxtəlif dövrlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları və Ümumdünya Gömrük Təşkilatının sertifikatı ilə təltif olunmuşdur.

İngilis (orta) və rus dillərini bilir.

Ailəlidir, üç övladı var.

Telefon:
Tel.: +99412 404-22-06

Fax:
+99412 404-22-52

Email:
tamkin.khalilov@customs.gov.az

Qəbul günləri:
hər həftənin bazar ertəsi