Aparatın strukturu
Faiq Naqim oğlu Seyidov
Faiq Naqim oğlu Seyidov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin Təhlili və Audit idarəsinin rəisi, Gömrük xidməti polkovniki

9 sentyabr 1964-ci ildə anadan olmuşdur.
1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat-uçotu fakültəsini bitirmişdir.
2013-cu ildən Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquqşünaslıq fakültəsini Qırmızı diplomla bitirmişdir.
Əmək fəaliyyətinə 1980-ci ildə başlamışdır.
2000-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2006-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və Valyuta Nəzarəti Baş İdarəsində Audit şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2008-ci ildən bu günə kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  Gömrük Risklərinin Təhlili və Audit İdrəsinin rəis vəzifəsində çalışır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 058ş nömrəli 27.01.2011-ci il tarixli əmrinə əsasən "Gömrük Orqanlarında Xidmətə Görə" lll dərəcə döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 061ş nömrəli 30.01.2012-ci il tarixli əmrinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 100/614ş nömrəli 09.09.2014-cü il tarixli əmrinə əsasən "Gömrük Əməkdaşlığının Möhkəmləndirilməsinə Görə" döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 100/040ş nömrəli 30.01.2015-ci il tarixli əmrinə əsasən "Gömrük Xidməti Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 100/211ş nömrəli 09.04.2015-ci il tarixli əmrinə əsasən "Gömrük Orqanlarında Xidmətə Görə" ll dərəcə döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin 025 nömrəli 29.01.2014-cü il tarixli əmrinə əsasən "Hərbi Əməkdaşlıq sahəsində Xidmətinə Görə" medalı ilı təltif olunmuşdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2933/ş nömrəli 15.12.2010-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2645 nömrəli 31.01.2008-ci il tarixli sərəncamə ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur

Ailəlidir, 2 övladı var.

Telefon:
+99412 404-22-32

Email:
faiq.seyidov@customs.gov.az

Qəbul günləri:
çərşənbə axşamı