Aparatın strukturu
Cəfərov Simurq Müslüm oğlu
Cəfərov Simurq Müslüm oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi rəisi, gömrük xidməti polkovnik-leytenantı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, Gömrük Xidməti Polkovniki

1964-cü ilin mart ayının 4-də Naxçıvan MR Ordubad rayonun Tivi kəndində anadan olmuşdur.

1981-ci ildə əmək fəaliyyətinə başlamışdır.

1982-1984-cü illərdə ordu sıralarında xidmət etmişdir.

1990-1996-cı illərdə Moskva şəhərində Ümumittifaq Yüngül Sənaye İnstitutunda təhsil almışdır.

18.01.1999-cu il tarixində Dövlət Gömrük Komitəsi İşlər İdarəsinin böyük inspektoru vəzifəsinə təyin olunmuşdur.

05.10.1999-cu il tarixindən Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi vəzifəsində çalışır.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2013-cü il tarixli 2684 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində həvəsləndirici tədbirlər görülmüş, Fəxri Fərmanlarla təltif edilmişdir. Komitə sədrinin 18 aprel 2012-ci il tarixli əmrinə əsasən "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif olunmuşdur. Eyni zamanda Komitə sədrinin 27 may 2015-ci il tarixli əmrinə əsasən "Gömrük Xidməti Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.

Evlidir, iki övladı var.


Telefon:
+994 12 404-22-72