Aparatın strukturu
Əliyev Vüqar İsmayıl oğlu
Əliyev Vüqar İsmayıl oğlu
Dövlət Gömrük Komitəsinin Analitik şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı

24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbi bitirmişdir.

2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirmişdir.

30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş, 2005-ci ildə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul 2016-cı il tarixli qərarı ilə dosent elmi adı verilmişdir.

Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.

2006-2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, daha sonra baş məsləhətçi vəzifələrində işləmişdir.

2008-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin "Gömrük vergi və yığımları" şöbəsində böyük inspektor və baş inspektor vəzifələrində çalışmışdır.

03 mart 2016-cı il tarixindən Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Analitik şöbəsinin rəisi vəzifəsində işləyir.

Dövlət Gömrük Komitəsirəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində həvəsləndirici tədbirlər görülmüş, Fəxri Fərmanlarla təltif edilmişdir. Komitə sədrinin 25 aprel 2016-cı il tarixli əmrinə əsasən "Gömrük Xidməti Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi tərəfındən sertifikata layiq görülmüşdür.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

1 monoqrafiyanın, 2 kitabın, 2 tədris proqramının və 25-dən artıq elmi məqalənin müəllifidir.

Evlidir, iki övladı var.

Telefon:
+ 99412 404-22-31

Email:
vuqar.eliyev@customs.gov.az