Aparatın strukturu
Ülvi Zülfüqarov
Ülvi Zülfüqarov
İstintaq İdarəsinin rəisi, Gömrük xidməti polkovniki

24 iyul 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur.

1990-2001-ci illərdə orta təhsil almış və orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq faktultəsinə daxil olmuş və prezident təqaüdünə layiq görülmüşdür.

2005-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və magistr elmi dərəcəsini almışdır.

2005-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edilmiş, 2005-2008-ci illərdə Naxçıvan şəhər Prokurorluğunda stajor, prokuror köməkçisi, prokurorluğun böyük müstəntiqi vəzifələrində çalışmışdır.

2008-ci ilin iyul ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılmışdır.

2009-cu ildə Dövlət Gömrük Komitəsinə qulluğa qəbul edilmiş, Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində müstəntiq və baş müstəntiq vəzifələrində işləmişdir.

Dövlət Gömrük Komitəsi Sədrinin 14 avqust 2013-cü il tarixli əmri ilə İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Telefon:
994124042200 dax: 5500

Qəbul günləri:
çərşənbə