Aparatın strukturu
İlkin Arzuman oğlu Osmanov
İlkin Arzuman oğlu Osmanov
Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovnik-leytenantı

Osmanov İlkin Arzuman oğlu 11 sentyabr 1981 – ci ildə Gürcüstan Respublikası Tiflis şəhərində anadan olmuşdur.
1996-cı ildə Bakı Plan İqtisad Texnikumunun Gömrükxana işi fakültəsinə qəbul olmuş, 1999-cu ildə bitirmişdir. Həmin ildə Azərbaycan Beynəlxalq Universitetinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olmuş və 2003-cü ildə həmin Universiteti bitirmişdir.
2003-2004-cü illərdə ordu sıralarında xidmət edib.
2006-cı ildən Dövlət Gömrük Komitəsinin müxtəlif vəzifələrində çalışmış, 2009-cu ildən Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisidir.

Əldə etdiyi nailiyyətlərə görə aşağıdakı fəxri adlara və mükafatlara layiq görülmüşdür:
•"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20illiyi (1992-2012)" münasibətilə Azərbaycan Respublikası Yubiley medalı;
•"Dövlət Qulluğunda Fərqlənməyə görə medal"la təltif olunmuşdur.

Ailəlidir, 2 övladı var.
 

Telefon:
+994 12 448-29-26

Email:
ilkin.osmanov@customs.gov.az