Aparatın strukturu
Bağırov Şahin Soltan oğlu
Bağırov Şahin Soltan oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı

12 yanvar 1965-ci ildə anadan olmuşdur.

1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışmışdır.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışmışdır.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işi" fakültəsini bitirmiş və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnmişdir. Gömrük işi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş işlərdə yaxından iştirak etmişdir.

BMT-nin Avropa İqtisadi Komissiyasının Nəqliyyatla bağlı Gömrük Məsələləri üzrə İşçi Qrupunun sədr müavini olmuş, BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən idarə olunan "BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları haqqında gömrük konvensiyası"nın İnzibati Komitəsinin sədr müavini, sonradan sədr vəzifəsində fəaliyyət göstərmişdir. "BYD (Beynəlxalq Yük Daşımaları)" kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük daşımaları haqqında gömrük konvensiyası"nın İcra Şurasına 3 (üç) dəfə üzv seçilmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenı ilə təltif edilmişdir.

2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışır.

2014-cü ildə BMT Avropa İqtisadi Komissiyası tərəfindən idarə olunan "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın (1982-ci il) İnzibati Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Ailəlidir, 2 (iki) övladı var.

Telefon:
+99412 404-22-74

Fax:
+99412 404-22-52

Email:
shahin.bagirov@customs.gov.az

Qəbul günləri:
Hər ayın I və III həftəsinin çərşənbə günü