Aparatın strukturu
Salayev Baba Hacıbaba oğlu
Salayev Baba Hacıbaba oğlu
Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru

1 yanvar 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi bitirmişdir.

1986-1987-ci illərdə "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində işləmişdir.

1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdur.

1988-1989-cu illərdə Solneçnoqorsk şəhərində müddətli hərbi xidmətdə olmuşdur.

1992-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 2002-2006-cı illərdə AR DİN-nin Polis Akademiyasında təhsil almış və "hüquqşünaslıq" ixtisası üzrə "hüquqşünas" peşəsinə yiyələnmişdir.

1992-2011-ci illər ərzində polis orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 2008—2011-ci illərdə Qaradağ RPİ-nin 10-cu PB-nin rəis müavini vəzifəsində çalışmışdır.

2011-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi kimi gömrük orqanlarında fəaliyyətə başlamış və sonradan:

2013-2015-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəis müavini;

13 oktyabr – 29 dekabr 2015-ci ildə Balakən Gömrük İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2015-ci il dekabr ayından Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və bununla əlaqədar, bir sıra təltifləri olmuşdur.

Ailəlidir. 2 övladı var.


Telefon:
+994 12 404-22-77

Fax:
+994 12 404-22-80

Email:
baba.salayev@customs.gov.az

Qəbul günləri:
hər ayın II və IV həftəsinin çərşənbə axşamı