Rəhbərlik
Hüseynov İsmayil Xəlil Oğlu
Hüseynov İsmayil Xəlil Oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru

16 noyabr 1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

1996-cı ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirərək magistr dərəcəsi almışdır.

2012-ci ildə Baki Dövlət Universitetinin hüquq fakültəsini bitirərək bakalavr dərəcəsi almışdır.

2017-ci ildə Dövlət İdarəçilik Akademiyasının menecment fakültəsini bitirərək bakalavr dərəcəsi almışdır.

1995-ci ildən gömrük orqanlarında xidmət göstərir:

1995-1998-ci illərdə Naxçıvan MR Dövlət Gömrük Komitəsi Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru və Mühasibat uçotu və nəzarət bölməsinin rəisi vəzifələrində;

1998-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin "Bərə keçidi" gömrük postunun inspektoru, Maliyyə-tarif şöbəsinin inspektoru vəzifələrində çalışmışdır.

1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

2001-2004-cü illərdə Bakı Baş Gömrük İdarəsinin "Səbail" gömrük postunda baş inspektor vəzifəsində;

2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində;

2018-ci ildə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.


Telefon:
+99412 404-22-01

Fax:
+99412 404-22-52

Email:
ismayil.huseynov@customs.gov.az

Qəbul günləri:
Hər ayın II və IV həftəsinin çərşənbə axşamı