AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

  MÜRACİƏTLƏR

Hörmətli internet səhifəsi istifadəçiləri!

Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. DGK-nın rəsmi internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

Gömrük Komitəsinə elektron formada müraciət göndərməzdən əvvəl, xahiş edirik aşağıdakı qaydalarla tanış olun:

  1. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kərgüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

  2. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində geniş məlumatlar yerləşdirilmişdir. İnternet səhifənin imkanlarını tam öyrəndiyiniz halda sizi maraqlandıran suallara özünüz cavab tapacaqsınız. Bu səbəbdən saytda öz əksini tapan suallara və bir neçə dəfə eyni müraciətlərə baxılmayacaqdır.

  3. Siz, ilk öncə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin rəhbərlərinə problemləriniz haqqında müraciət etməlisiniz. Əgər bu halda problemlərinizi həll edə bilmirsinizsə, onda Dövlət Gömrük Komitəsinin sədrinə müracitə edə bilərsiniz. Müraciət zamanı DGK-nın sədrindən öncə kimə müraciət etməyinizi və ondan aldığınız cavabı göndərin. Əks halda sizin suallara cavab verilməyəcəkdir və məsələnizə baxılmayacaqdır.

  4. Müraciət mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

  5. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

  6. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

  7. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

  8. Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

    • Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.

    • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Dövlət Gömrük Komitəsinin e-poçt: chairman@customs.gov.az ünvanına göndərilməlidir.


SƏDRƏ MƏKTUB YAZMAQ
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az