№320 / 30.09.1992 «Bəzi məhsul növlərinin aksiz dərəcələrinin azaldılması
«Bəzi məhsul növlərinin aksiz dərəcələrinin azaldılması və yeni aksizlər tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 10 iyun tarixli 165 nömrəli qərarında dəyişikliklər haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 10 iyun tarixli 165 nömrəli qərarının 2-ci bəndində «xüsusi güzəştli və digər şəxsi minik avtomobil sahiblərinə» sözləri «şəxsi minik avtomobilləri və motorlu arabaları olan İkinci Dünya müharibəsi əlillərinə və iştirakçılarına, Əfqanıstan müharibəsi əlillərinə, 1990-cı ilin yanvar ayında Bakı şəhərində baş vermiş faciəli hadisələr zamanı, Qarabağda və Ermənistan Respublikası ilə həmsərhəd rayonlarda və Çernobıl qəzası nəticəsində həlak olanların ailə üzvlərinə, birinci və ikinci dərəcəli (işləməyən) əmək əlillərinə və qanunla yuxarıda göstərilənlərə bərabər tutulan güzəşt hüququ olan vətəndaşlara» sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV
Bakı şəhəri, 30 sentyabr 1992-ci il
№ 320
© AzerSoft










